Vilayət Eyvazovdan baş leytenant Atakişiyevlə bağlı ƏMR
3 saat əvvəlAlla Puqaçova və həyat yoldaşı İsrail vətəndaşlığından ÇIXARILACAQ - MARAQLI SƏBƏB
07 Dekabr 2022
Baxış: 341
Rusiyalı müğənni Alla Puqaçova və onun əri, şoumen Maksim Qalkin İsrail vətəndaşlığından məhrum edilə bilərlər.
AJMEDİA.İNFO bildirir ki, bu barədə araşdırmaçı jurnalist Raviv Druker məlumat verib.
Onun sözlərinə görə, qərara səbəb sənətçilərin dini mənsubiyyəti ola bilər. Cütlük yəhudiliyi yox, xristianlığı qəbul edib. 2017-ci ildə Qalkin və Puqaçova Moskva kilsələrindən birində evləniblər.
İsrail qanunlarına görə, inanclarını qəsdən dəyişən yəhudilər repatriasiya hüququndan məhrum edilirlər.
Qeyd edək ki, sentyabrın sonunda Puqaçova Rusiyanı tərk edib. İfaçının Vnukovo hava limanından İsrailə geri dönüş bileti olmadan uçduğu dəqiqləşib. Daha sonra müğənninin İsrail vətəndaşlığı aldığı məlum olub.
Mənbə: lenta.ru