02 May 2024
Ali məktəblərə qəbul imtahanlarının vaxtı AÇIQLANDI

Ali məktəblərə qəbul imtahanlarının vaxtı AÇIQLANDI

25 Fevral 2022
Baxış: 506

“Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, III qrup üzrə ilk imtahan mayın 21-də keçiriləcək:

“I qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. İkinci cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək”.

O qeyd edib ki, bu il və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.