03 May 2024
Aİ pandemiya ilə mübarizə üçün 10 ölkəyə 3 milyard avro yardım ayırıb

Aİ pandemiya ilə mübarizə üçün 10 ölkəyə 3 milyard avro yardım ayırıb

22 Aprel 2020
Baxış: 447

Avropa İttifaqı pandemiyanın iqtisadi nəticələri ilə mübarizə üçün qonşu ölkələrə 3 milyard avro ayırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının aprelin 22-də Brüsseldə yayımlanan bəyanatında deyilir.

“Avropa Komissiyası genişlənmə və qonşuluq siyasəti üzrə 10 tərəfdaş ölkəyə 3 milyard avro həcmində makromaliyyə yardımı paketi ayrılması barədə təklifi təsdiqləyib. Bu vəsait onlara koronavirus pandemiyasının iqtisadi nəticələrini məhdudlaşdırmaqda kömək edəcək”, - deyə sənəddə bildirilir.

Teqlər: