03 May 2024
Ağ Ev: İsraillə BƏƏ arasındakı razılaşma Çin və İran üçün zərbə olacaq

Ağ Ev: İsraillə BƏƏ arasındakı razılaşma Çin və İran üçün zərbə olacaq

04 Sentyabr 2020
Baxış: 1326

Pekin və Tehran İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətlərin tam normallaşmasına dair razılaşmada itirən tərəflər olacaq.

AJM xəbər verir ki, bu fikri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O'Brayen radio aparıcısı Hyu Hyuittə verdiyi müsahibəsində səsləndirib.

O'Brayenin fikrinə görə, BƏƏ və İsrail arasındakı razılaşma “Yaxın Şərqdəki vəziyyəti dəyişdirəcək”: “İqtisadi və mədəni əlaqələr fantastik səviyyəyə çatacaq. Əhəmiyyətli dərəcədə investisiyaların qoyulmasına başlanılacaq. Bu, razılaşmanın üzvləri üçün inanılmaz müqavilədir. Bu müqavilədə ən böyük itirənlər mütləq şəkildə İran və Çindir”.

ABŞ prezidentinin köməkçisi onu da əlavə edib ki, israillilər ABŞ-dan başqa yeni investisiya mənbələri əldə edəcəklər: “Düşünürəm ki, çinliləri İsrailin texnologiya bazarından çıxarmağa məcbur edəcək bir çox sövdələşmə olacaq. Bundan əlavə, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndiriləcək ki, bu da İran üçün son dərəcə əlverişsiz olacaq”.

Teqlər: Ağ Ev: