02 May 2024
AFFA Canni De Byazinin maaşını artırdı - MƏBLƏĞ

AFFA Canni De Byazinin maaşını artırdı - MƏBLƏĞ

05 Oktyabr 2022
Baxış: 374

AFFA-nın İcraiyyə Komitəsinin dünən keçirilən iclasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verdi. İK italiyalı mütəxəssislə müqavilə yenilədi və onun daha bir seçmə mərhələdə millimizin baş məşqçisi vəzifəsini icra edəcəyi dəqiqləşdi.

AJMEDİA.İNFO xəbər verir ki, Fanat.Az-ın əldə etdiyi məlumata görə, Millətlər Liqasının son 3 matçında seçməyə qələbə qazandıran De Byazinin maaşı da artırılacaq.

Daha öncə illik təxminən 350 min avro əməkhaqqı alan çalışdırıcının yeni məvacibi 500 min avro təşkil edəcək.