05 May 2024
ABŞ Senatı Putini hərbi cinayətkar ELAN ETDİ

ABŞ Senatı Putini hərbi cinayətkar ELAN ETDİ

16 Mart 2022
Baxış: 731

ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putin barəsində hərbi cinayətkar kimi istintaq aparılmasını tələb edən qətnaməni yekdilliklə qəbul edib.

AJMEDİA.İNFO UNİAN.net-ə istinadən xəbər verir ki, qətnamə respublikaçı senator Lindsi Qrem tərəfindən təklif edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib.

Qeyd olunub ki, ABŞ Senatı Vladimir Putinin rəhbərliyində Rusiya Silahlı Qüvvələrinin törətdiyi zorakılıq, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətləri qətiyyətlə pisləyir.

Qətnamə Haaqa Beynəlxalq Cinayət Məhkəməsini və digər ölkələri Rusiyanın Ukraynaya hücumu zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Rusiya Prezidenti Vladimir Putin, onun ətrafı, o cümlədən Rusiya hərbçiləri barədə araşdırma aparmağa çağırır.