03 May 2024
ABŞ, Rusiya və Fransa səfirləri Şuşaya getməkdən İMTİNA ETDİ - Bəs hansı səfirlər səfər edib? - SİYAHI

ABŞ, Rusiya və Fransa səfirləri Şuşaya getməkdən İMTİNA ETDİ - Bəs hansı səfirlər səfər edib? - SİYAHI

12 İyul 2021
Baxış: 695

Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb.

Belə ki, həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.

Qeyd edək ki, Azərbaycan prezidentinin köməkçisi, diplomatları səfərdə müşaiyət edən Hikmət Hacıyev jurnalistlərə bildirmişdi ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Və diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edirlər.

Bəs hansı ölkələrin səfirləri bu Füzuli və Şuşa səfərində iştirak ediblər?

AJMEDİA.İNFO həmin ölkələri təqdim edir:

Avstriya, Əlcəzair, Əfqanıstan, Belarusiya, Belçika, Bolqarıstan, Braziliya, Macarıstan, Yunanıstan, Gürcüstan, İsrail, İordaniya, İraq, İran, İtaliya, Qazaxıstan, Qətər, Çin, Kolumbiya, Latviya, Malayziya, Mərakeş, Meksika, Hollandiya, BƏƏ, Pakistan, Fələstin, Polşa, Səudiyyə Ərəbistanı, Serbiya, Tacikistan, Türkiyə, Ukrayna, Xorvatiya, Çili, İsveçrə, İsveç, Estoniya, Cənubi Koreya, Yaponiya,

Müvəqqəti vəkillər: Venesuela, Liviya, Litva, Rumıniya, Slovakiya, Sudan.