05 May 2024
ABŞ rəsmisinin evinə hücum edib ƏRİNİ DÖYDÜLƏR

ABŞ rəsmisinin evinə hücum edib ƏRİNİ DÖYDÜLƏR

28 Oktyabr 2022
Baxış: 427

Cümə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə hücum olub.

AJMEDİA.İNFO-nun məlumatına görə, Nensi Pelosinin rəsmi saytında bildirilib ki, onun əri Pola hücum edilib.

“Bu gün səhər tezdən Pelosinin San-Fransiskodakı iqamətgahına cinayətkar soxulub və cənab Pelosiyə vəhşicəsinə hücum edib”, - bəyanatda deyilir.

Hücum edənin həbs olunduğu bildirilir. Həmin an Nümayəndələr Palatasının sədri evdə olmayıb.