02 May 2024
ABŞ kəşfiyyatı: “Putin xərçəngdən müalicə olunur və ona sui-qəsd olub”

ABŞ kəşfiyyatı: “Putin xərçəngdən müalicə olunur və ona sui-qəsd olub”

03 İyun 2022
Baxış: 416

ABŞ lideri Co Baydenin administrasiyası daxilində xüsusi xidmət orqanlarının mayın sonunda dördüncü əhatəli hesabatı dərc olunduqdan sonra Rusiya Prezidenti Vladimir Putinin səhhəti gərgin müzakirə mövzusuna çevrilib.

Məxfi materiallarda deyilir ki, Putin aprel ayında xərçəngdən müalicəsi olunub. Bu barədə ABŞ kəşfiyyatının hesabatla tanış olan üç nümayəndəsi bildirib.

AJMEDİA.İNFO newsweek-ə istinadən xəbər verir ki, həmçinin mart ayında da Putinə sui-qəsd edilib.

Yüksək rütbəli məmurlar xəbərdarlıq edirlər ki, Putin güc və statusu saxlamaqla bağlı getdikcə daha çox narahatlıq keçirir, bu isə Ukraynadakı vəziyyətin mürəkkəb və gözlənilməz gedişatına təsir verir. Lakin onların sözlərinə görə, həmçinin bu vəziyyət nüvə müharibəsi ehtimalını azaldır.

Milli Kəşfiyyat Direktorunun Ofisindən olan mənbə, istefada olan yüksək rütbəli Hərbi Hava Qüvvələri zabiti və ABŞ Müdafiə Kəşfiyyat Agentliyindən olan hər üç məmur bildirir ki, Rusiya liderinin təcrid olunması ABŞ kəşfiyyatının Putinin səhhətini dəqiq qiymətləndirməsini çətinləşdirir.

“Putin dəqiq xəstədir... O, tezlikləmi öləcək? Bu, ancaq fərziyyədir. O, hələ də təhlükəlidir və öləcəyi təqdirdə bizi xaos gözləyir. Diqqətimizi buna yönəltməliyik. Hazır olun”, - deyə rəsmi bildirib.