02 May 2024
ABŞ İsraillə hərbi əlaqələr və uzunmüddətli əməkdaşlığa DAVAM EDƏCƏK

ABŞ İsraillə hərbi əlaqələr və uzunmüddətli əməkdaşlığa DAVAM EDƏCƏK

26 Avqust 2021
Baxış: 584

İranın bölgəsəl fəaliyyətləri və atom proqramında irəliləyişlərindən doğan təhdidlər İsrailin Baş naziri Naftali Bennetin Amerikanın Xarici İşlər və Müdafiə nazirləri ilə görüşündə əsas müzakirə edilən məsələlərdən biri olub.

AJMEDİA.İNFO xəbər verir ki, Blinken ilə görüşündən öncə Amerikanı İsrailin ən güclü və ən etibarlı müttəfiqi adlandıran Bennet bəzi vaxtlar fikir ayrılığının olmasına baxmayaraq, iki ölkənin əməkdaşlığının davam edəcəyini vurğulamışdı.

Pentaqon isə yaydığı bəyanatda Amerikanın Müdafiə vəziri Lloyd Austinin Bennet ilə görüşdə İranın atom proqramından meydana çıxan təhdidlər, eləcə də bu ölkənin terrorizmi dəstəkləməsi və dənizdə həyata keçirdiyi təcavüz faktları barədə fikir mübadiləsi apardığını bildirib.

Austin görüşdə İsrailin bölgədə hərbi üstünlüyünün davam etməsinin lazım olduğunu vurğulayaraq Amerikanın Yaxın Şərqdə sülhün bərqərar olması, habelə İsraillə hərbi əlaqələr və uzun müddətli əməkdaşlığa bağlı qaldığını deyib.

O, İranın atom alanında xəbərdarlıq səviyyəsinə çatan addımları və bölgədə yürütdüyü təcavüzkar siyasətə görə İsrail ilə Amerikanın strateji əlaqələrinin gücləndirilməsini istəyib.

Amerikanın Müdafiə naziri sonda ölkəsinin İsrailin hava hücumundan müdafiə sistemi olan dəmir qübbənin daha da təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb və bildirib ki, bunun üçün bu sahəyə 1 milyard dollar yardım ayrılması ilə bağlı hal-hazırda Konqreslə əməkdaşlıq edir.

Xatırladaq ki, Austin bu görüşdən öncə bildirmişdi ki, İran bölgədə və beynəlxalq sularda yürütdüyü təcavüzkar siyasətə görə cavab verməlidir.(konkret.az)