02 May 2024
ABŞ generalları Türkiyənin düşməni ilə GÖRÜŞDÜ - Koalisiya

ABŞ generalları Türkiyənin düşməni ilə GÖRÜŞDÜ - Koalisiya

24 May 2021
Baxış: 825

ABŞ generalları daha bir anti-Türkiyə addımı ilə gündəmə gəlib.

AJMEDİA.info xəbər verir ki, ABŞ generalı Paul Kalvet və ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTKOM) komandanı Kennet Mkenzi PKK-nın Suriya qolu PYD/YPG-nin çətiri olan Suriya Demokratik Güclərinin (SDG) lideri Məzlum Kobani ilə görüşüb.

Görüşü sosial media vasitəsilə açıqlayan Məzlum Kobani bölgədə iqtisadi və təhlükəsizlik mövzularını amerikalı generallarla müzakirə etməsindən məmnuniyyət durduğunu bildirib.

“Bölgədə sabitlik və iqtisadiyyatla əlaqəli çətinlikləri general Kalvet və Mkenzi ilə müzakirə etməkdən məmnun oldum. Koalisiya güclərinin varlığının davam etməsi, İŞİD-lə mübarizə üçün birgə əməkdaşlıq, bölgənin qorunması və sabitliyin təmin edilməsi haqqında mesajlar aldıq”, - terrorçu tvitter hesabında yazıb.

Məlumat üçün qeyd edək ki, Mazlum Kobani kimi təqdim edilən Fərhat Abdi Şahin PKK lideri Abdulla Öcalanın “mənəvi oğlu” hesab olunur.(teleqraf)