03 May 2024
ABŞ-da son sutkada 24 146 nəfər koronavirusa yoluxub, 967 nəfər ölüb

ABŞ-da son sutkada 24 146 nəfər koronavirusa yoluxub, 967 nəfər ölüb

31 May 2020
Baxış: 381

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 146 yoluxma qeydə alınıb, 967 nəfər vəfat edib.

AJM-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, burada Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da indiyədək 1 770 384 nəfər koronavirusa yoluxub, virusa yoluxan 103 781 nəfər vəfat edib.

Xəstəlikdən ümumilikdə 416 mindən çox şəxs sağalıb.

Teqlər: ABŞ-da