02 May 2024
28 May Respublika Gününün adı DƏYİŞDİRİLİR

28 May Respublika Gününün adı DƏYİŞDİRİLİR

06 Oktyabr 2021
Baxış: 503

Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

AJMEDİA.İNFO report-a istinadən xəbər verir ki, bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.

Oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan ediləcək

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.