05 May 2024
2023-cü ilin ən zəngin AİLƏLƏRİ - ADLAR

2023-cü ilin ən zəngin AİLƏLƏRİ - ADLAR

09 Dekabr 2023
Baxış: 391

2023-cü ildə Bloomberg-in məlumatına görə, dünyanın ən zəngin ailəsi 305 milyard dollar sərvətlə BƏƏ-nin hakim sülaləsi Əl Nəhyanlar olub.

AJMEDİA.İNFO xarici mediaya istinadla xəbər verir ki, ən varlı ailələr siyahısına “Valmart” mağazalar şəbəkəsinin təsisçiləri, “Valtons” və “Hermes” lüks brendinin sahibləri Hermes ailəsi də daxildir.

Agentlik vurğulayır ki, “Valmart” şəbəkəsinin sahibləri, Qətərin hakim şeyxləri və əmirləri sülaləsi ilk dəfə reytinqə daxil edilib.

Qeyd olunur ki, ümumilikdə dünyanın 25 ən varlı ailəsi 2023-cü ildə 1,5 trilyon dollar qazanıb ki, bu da ən zəngin ailələrin ötən ilki sərvətindən 43% çoxdur.

Bundan əvvəl “Forbes” jurnalının məlumatına görə, dünyanın 10 ən varlı adamının ümumi sərvəti, oktyabrda bir ay ərzində təxminən 50 milyard dollar azalaraq 1,32 trilyon dollar təşkil edib.