03 May 2024
Zəvvarların avtobusu qəzaya uğrayıb, 20 nəfər ölüb, onlarla insan yaralanıb

Zəvvarların avtobusu qəzaya uğrayıb, 20 nəfər ölüb, onlarla insan yaralanıb

28 Mart 2023
Baxış: 524

Səudiyyə Ərəbistanında Ümrə Ziyarətinə gedən zəvvarları daşıyan avtobusun körpüyə çırpılması və sonradan yanması nəticəsində 20 nəfər ölüb, daha 29 nəfər yaralanıb.

Məkkəyə gedən avtobusun qəzaya uğramasına əyləc sistemindəki nasazlıq səbəb olub.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını və yanğınsöndürən göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Yerli mənbələr bildiriblər ki, qəzaya uğrayan avtobusdakı sərnişinlər Yəməndən olan ziyarətçilərdir.

Teqlər: