04 May 2024
Zelenski İlham Əliyevdən KÖMƏK İSTƏDİ

Zelenski İlham Əliyevdən KÖMƏK İSTƏDİ

16 Dekabr 2021
Baxış: 519

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevdən Rusiyada saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə Krım tatarlarının azad edilməsinə yardım etməsini istəyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukraynanın Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

“Bu məsələ əsas prioritetlərimizdən biridir. Mən bu məsələnin irəliləyişində mümkün köməyinizə görə minnətdar olaram”, – deyə Zelenski bildirib.

O xatırladıb ki, 2022-ci ilin fevralında Ukrayna ilə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq.

Buna görə də o, fevralda Kiyevdə üç dövlətin liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib.