04 May 2024
Zelenski Avropa Parlamentində ÇIXIŞ ETDİ: Ayaqüstə ALQIŞLANDI - VİDEO

Zelenski Avropa Parlamentində ÇIXIŞ ETDİ: Ayaqüstə ALQIŞLANDI - VİDEO

01 Mart 2022
Baxış: 449

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Avropa Parlamentində çıxış edəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı “Zerkalo nedeli” nəşri yayıb.

Çıxış saat 13:00-dan sonraya (Bakı vaxtı ilə 15:00-dan sonra – red.) planlaşdırılır. Dəqiq vaxt bilinmir.

***

Volodimir Zelenskinin Avropa Parlamentində videokonfrans formatında çıxışı başlayıb.

***

Zelenski çıxışı zamanı Avropa İttifaqını Ukraynanı quruma qəbul etməyə çağırıb:

“Belə bir ifadə var – Avropanın Ukrayna seçimi. Bu gün sizdən bizə “Avropa tərəfindən Ukraynanın seçilməsi” ifadəsinin səslənməsini eşitmək istərdim.

Hörmətli iştirakçılar, bizim çox motivasiyalı xalqımız var, biz öz hüquqlarımız, azadlığımız və həyat üçün, indi isə həyatda qalmaq üçün mübarizə aparırıq və bu, bizim əsas motivasiyamızdır. Lakin biz həm də Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. Hesab edirəm ki, biz hər kəsə kim olduğumuzu göstəririk. Aİ bizimlə möhkəm olacaq”.

Avropa Parlamentinin deputatları Zelenskini ayaqüstə alqışlayıb.