04 May 2024
Yoxlamalar APARILDI: Azərbaycanda 61 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Yoxlamalar APARILDI: Azərbaycanda 61 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

08 Avqust 2022
Baxış: 450

Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqləri mütəmadi olaraq davam etdirir.

Nazirlikdən AJMEDİA.İNFO-ya verilən məlumata görə, monitorinqlər zamanı 61 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Bununla yanaşı, 29 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb.

Eyni zamanda, 1 məktəbəqədər təhsil müəssisəsində aparılan yoxlama zamanı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.