04 May 2024
Yoluxma sayı yenidən artdı, ölən yoxdur - STATİSTİKA

Yoluxma sayı yenidən artdı, ölən yoxdur - STATİSTİKA

14 İyul 2021
Baxış: 524

Azərbaycanda koronavirus infeksiyasına daha 146 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 946 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1668 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9046, ötən müddət ərzində isə ümumilikdə 3 876 962 est aparılıb.

Azərbaycanda bu gün 41 696 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 474 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 200 994, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 512 773, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 688 221 nəfər təşkil edir.