04 May 2024
Yerusəlimdə iki partlayış: Ölən və yaralananlar var - VİDEO

Yerusəlimdə iki partlayış: Ölən və yaralananlar var - VİDEO

23 Noyabr 2022
Baxış: 358

Yerusəlimdə bir neçə dəqiqə fasilə ilə iki partlayış olub. Partlayışlar Ramot bölgəsindəki Mərkəzi Avtovağzal yaxınlığında və şimalda Ramon kəsişməsi adlanan ərazidə qeydə alınıb.

AJMEDİA.İNFO Jerusalem Post-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub, daha 18 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

İsrail hüquq-mühafizə orqanları partlayışın müxtəlif versiyalarını, o cümlədən terror aktı versiyasını nəzərdən keçirirlər.

Artıq partlayışlara görə üç fələstinli saxlanılıb.

Teqlər: