05 May 2024
Yer üzündən tezliklə YOX OLACAQ ÖLKƏLƏR - SİYAHI

Yer üzündən tezliklə YOX OLACAQ ÖLKƏLƏR - SİYAHI

05 Noyabr 2021
Baxış: 858

Qlobal istiləşmə buzların əriməsi və dəniz səviyyəsinin qalxması səbəbindən bir neçə ada dövlətinin yox olmasına gətirib çıxaracaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Ekspress” qəzetində məlumat yayıb.

İqlim dəyişikliyinin təsir göstərdiyi ərazilərə Kiribati, Tuvalu və Marşal adaları daxildir.

Alimlər qlobal istiləşmənin mənfi təsirlərini yumşaltmaq üçün Yer kürəsində temperatur artımının 1,5-2 dərəcə ilə məhdudlaşdırılmasının zəruriliyini dəfələrlə qeyd ediblər. Bu məqsədlə 2015-ci ildə 190-dan çox dövlət Paris Sazişini imzalayıb.