05 May 2024
Yeniyetmə qız ZORLA EVLƏNDİRİLİR - Əvvəllər də bir neçə dəfə məcburi nişanlayıblar... - FOTO

Yeniyetmə qız ZORLA EVLƏNDİRİLİR - Əvvəllər də bir neçə dəfə məcburi nişanlayıblar... - FOTO

17 May 2023
Baxış: 298

Azərbaycanda daha bir yeniyetmə erkən nikaha cəlb olunur.

AJMEDİA.İNFO bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat yayıb.

“15 yaşlı qız təhsildən yayındırılaq evləndirilmək üzrədir. Artıq qonşulara dəvətnamələr belə paylanıb. Verilən məlumata görə, azyaşlı dəfələrlə başqa şəxslərlə məcburi nişanlandırılıb, ancaq nişanı qaytarılıb. Onu da bildirirlər ki, azyaşlının evlilik barədə razılığı yoxdur, ancaq ailə tez bir zamanda sanki qızlarından qurtarmaq üçün can atırlar”.

Qeyd olunub ki, hadisə Beyləqan rayonu Birinci Cişahsevən kəndi ərazisində baş verib: “Bu hadisəni qınayırıq. Azyaşlıya, onun təhsilinə, gələcəyinə dəstək göstərməyə hazırıq”.

Məsələ ilə bağlı qurum Daxili İşlər Nazirliyinə müraciət edib.(sfera.az)