04 May 2024
Yeni müharibənin anonsu verildi: "Hücum olsa qarşılıq veriləcək"

Yeni müharibənin anonsu verildi: "Hücum olsa qarşılıq veriləcək"

23 May 2022
Baxış: 505

“Çin Tayvana hücum edərsə, ABŞ buna hərbi formada cavab verəcək”.

AJMEDİA.İNFO xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Yaponiyadakı çıxışı zamanı belə deyib. O bildirib ki, Vaşinqton adanı hərbi yollarla müdafiə edəcək. Baydenin sözlərinə görə, ABŞ Tayvanı müdafiə edəcəyinə dair öhdəlik götürüb və Tayvanın güc yoluyla işğalı mümkün deyil.

Qeyd edək ki, bəzi dairələr Çinin Tayvanı işğal etməyə hazırlaşdığını yazır. Əlavə edək ki, Co Bayden prezident seçiləndən sonra ilk dəfə Asiya turuna çıxıb. Bayden Cənubi Koreyadan Yaponiyaya gedib.