04 May 2024
Yaponiyada zəlzələ zamanı 8 nəfər xəsarət alıb

Yaponiyada zəlzələ zamanı 8 nəfər xəsarət alıb

12 May 2023
Baxış: 506

Mayın 11-nə keçən gecə Yaponiyanın paytaxtı Tokionun şərqində baş verən 5,2 maqnitudalı zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb.

Bu barədə HNK telekanalı məlumat yayıb.

Yaponiyanın Baş naziri Fumio Kişidanın dəftərxanasına zəlzələ ətrafında vəziyyətə nəzarət etmək üçün mərkəz fəaliyyətə başlayıb. Onun əsas vəzifəsi zəlzələlərin nəticələri haqqında məlumat toplamaq və təhlil etməkdir.

Ötən gün ABŞ-ın Geologiya Xidməti Yaponiyada 5,2 və 5,9 maqnitudada iki zəlzələnin baş vermsi barədə məlumat yayıb.

Məlumata görə, birinci zəlzələ Tiba prefekturasında 5,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 35 kilometr dərinlikdə yerləşib.

İkinci zəlzələ Okinava prefekturasında Miyakojima adasında 5,9 maqnitudada baş verib. Zəlzələ ocağı 64 kilometr dərinlikdə yerləşib.

Teqlər: