03 May 2024
XTQ giziri ilə nişanlanan Əməkdar artist üzüyü qaytarıb? - ÖZÜ AÇIQLADI

XTQ giziri ilə nişanlanan Əməkdar artist üzüyü qaytarıb? - ÖZÜ AÇIQLADI

14 İyun 2021
Baxış: 573

XTQ-nin giziri ilə nişanlanan əməkdar artist Nigar Şabanovanın ayrılması haqqında xəbər yayılıb.

AJMEDİA.info xəbər verir ki, Nigar Şabanova teleqraf.com-a açıqlamasında yayılan xəbərləri yalanlayıb.

“Elə bir şey yoxdur, yalan məlumatdır. Bu nə hoqqadır çıxarırlar? Ayrıldığıma aid dəlil versinlər. Camaata məni söydürürlər. Bu qədər Allahsızlıq olmaz! Toy mərasimim avqustda baş tutacaq”, – müğənni deyib.

Qeyd edək ki, XTQ giziri ilə nişanlanan Nigar Şabanovanın ayrılması ilə bağlı mətbuatda məlumat yayılmışdı.