05 May 2024
“Xocalıya da Rusiyanın 366-cı motoatıcı alayı girdi və ermənilərlə birlikdə insanlarımızı qırdılar” - Rasim Balayev

“Xocalıya da Rusiyanın 366-cı motoatıcı alayı girdi və ermənilərlə birlikdə insanlarımızı qırdılar” - Rasim Balayev

23 Fevral 2022
Baxış: 513

“Xocalı faciəsiylə bağlı o kadırlara baxanda adam dəhşətə gəlir. Düzdü, 44 günlük Vətən müharibəsində qisasımızı aldıq, amma yenə də şəhidlərimiz oldu. Allah hamısına rəhmət eləsin. O elə bir şeydir ki, mənə elə gəlir ki, dünyada heç bir millət belə şey etməz. Bunlar millət deyil, vəhşi bir tayfadır. Adam bu faciəni heç vaxt yaddan çıxara bilməz”

AJMEDİA.İNFO xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev Xocalı faciəsinin otuzuncu ildönümü haqda danışarkən deyib. R.Balayev Xocalının hələ də işğalda qalmasına görə narahat olduğunu bildirib:

“O işgəncə növlərinə baxanda adam dəhşətə gəlir. İnsanı öldürürsənsə, öldür, canı qurtarsın. Amma insan-insana bu cür işgəncə verərmi? Görün bunlarda bizə qarşı nə boyda nifrət var. Xocalı təəssüf ki, hələ də işğaldadır. Amma inşallah onu da azad edəcəyik. Rusiyanın hər yerdə rolu var. Xocalıya da Rusiyanın 366-cı motoatıcı alayı girdi və ermənilərlə birlikdə insanlarımızı qırdılar. Ruslar ermənilərə bu faciənin törədilməsində yaxından kömək etdilər. Elə indinin özündə də kömək edirlər. Rusiya hər yerə çöp soxur və bunun da nəticəsində insanlarımız heç nədən həlak olur”.