04 May 2024
Xəzərdə partlayış baş verib: Əraziyə gəmi göndərildi - RƏSMİ

Xəzərdə partlayış baş verib: Əraziyə gəmi göndərildi - RƏSMİ

05 İyul 2021
Baxış: 547

Ötən gün Xəzər dənizində güclü partlayış baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, partlayışdan sonra güclü yanğın davam edir.

Təsdiqlənməmiş məlumata görə, partlayış Ələt istiqamətindəki “Ümid” Qaz platformasında baş verib.

Hadisənin baş verdiyi əraziyə gəmi göndərilib.

Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, hadisə yerində araşdırma aparmaq üçün mütəxəssislərdən ibarət gəmi göndərilib: "Əlavə məlumat olan kimi ictimaiyyət məlumatlandırılacaq".