04 May 2024
Xarici vətəndaşlardan ukraynalılara maraqlı maddi DƏSTƏK - Yer bron EDİRLƏR - FOTO

Xarici vətəndaşlardan ukraynalılara maraqlı maddi DƏSTƏK - Yer bron EDİRLƏR - FOTO

07 Mart 2022
Baxış: 383

Xarici vətəndaşlar Ukraynada Airbnb-də kütləvi şəkildə yaşayış yerlərini bron edirlər.

AJMEDİA.İNFO konkret.az-a istinadən xəbər verir ki, Airbnb kirayə xidməti ölkə əhalisini pulla dəstəkləmək istəyən insanlardan təxminən 2 milyon dollarlıq sifarişlər qəbul edib.

İki gün ərzində müxtəlif ölkələrdən olan istifadəçilər 61 406 gecəlik yaşayış yerləri bron ediblər. Əlbəttə ki, onlar orada qalmayacaqlar, sadəcə evlərini tərk etməyə məcbur qalan insanları dəstəkləyirlər.

Beləliklə, ukraynalı ev sahibləri 2 milyon dollar əldə ediblər. Airbnb rəhbərinin sözlərinə görə, müharibə səbəbindən Ukraynanı tərk edən 100 min ukraynalı üçün də Airbnb yaşayış təmin edəcək.

Airbnb-nin baş direktoru Brayan Çeskinin sözlərinə görə, 2-3 mart tarixləri üçün Ukraynada təxminən 61 000 gecəlik rezervasiya edilib. ABŞ, Böyük Britaniya və Kanadadakı istifadəçilər ümumi sifarişlərin təxminən dörddə üçünü təşkil edir.