04 May 2024
Xalq artisti Həmidə Ömərovaya yüksək vəzifə verildi

Xalq artisti Həmidə Ömərovaya yüksək vəzifə verildi

25 May 2021
Baxış: 427

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti Həmidə Ömərova AKİ-nin katibi seçilib.

AKİ-dən AJMEDİA.info-ya bildirilib ki, ittifaqın belə bir addım atmasının əsas səbəbi kinoaktyorların rastlaşdığı problemlərlə daha yaxından tanışlıq və problemlərin həlli üçün təşəbbüslər göstərmək üçündür.

"Kinoaktyorların işsizlik və qonorarların aşağı olması, əmək hüquqlarının pozulması belə problemlərdəndir. Bu problemlərin həlli istiqamətində Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüslərindən biri "Tədris Kinoaktyor Teatr”ının yaranmasıdır. İttifaq bu işi Həmidə xanımın sədr olduğu Kinoaktyorlar Gildiyası ilə birlikdə reallaşdırmaq niyyətindədir", - məlumatda bildirilib.