03 May 2024
Xalq artisti Emin Ağalarovdan "Qarabağ"ın qələbəsi ilə bağlı PAYLAŞIM - VİDEO

Xalq artisti Emin Ağalarovdan "Qarabağ"ın qələbəsi ilə bağlı PAYLAŞIM - VİDEO

07 Oktyabr 2022
Baxış: 455

Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yeni video paylaşıb.

AJMEDİA.İNFO xəbər verir ki, sənətçi instaqram hesabında ötən gün keçirilən "Qarabağ" futbol klubu ilə "Olimpiakos"un qarşılaşmasını əks etdirən görüntüləri izləyiciləri ilə bölüşüb.

Videoda “köhlən atlar”ın Yunanıstan komandasının qapısına qol vurduğu anlar yer alıb.

Məlumat üçün bildirək ki, ötən gün Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb. "Georgios Karaiskakis" stadionunda qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.