04 May 2024
"Whatsapp"a yeni funksiya gəlir - İstifadəçilər öz aralarında...  + FOTO

"Whatsapp"a yeni funksiya gəlir - İstifadəçilər öz aralarında... + FOTO

22 Aprel 2024
Baxış: 248

"WhatsApp" tərtibatçıları yeni funksiya təqdim etməyə hazırlaşırlar.

AJMEDİA.İNFO bu barədə xarici mediaya istinadən xəbər verir.

Messencerin "Android" 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət açıqlanıb.

"WhatsApp" yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.

Bu yolla istifadəçilər internetsiz faylları paylaşa biləcəklər. Şirkət həmçinin paylaşılan faylların şifrələnəcəyini qeyd edir.

İstifadəçilər məxfilik və təhlükəsizliyi təmin edərək yaxınlıqdakı başqaları tərəfindən görülüb-görülməmələrinə tam nəzarət edəcəklər.

"WhatsApp" yeni funksiya sayəsində böyük faylları paylaşmağı daha da asanlaşdıracaq.