04 May 2024
Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT

Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT

18 Yanvar 2022
Baxış: 686

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub.

AJMEDİA.İNFO xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə Katibliyin rəisi təyin edilib.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, DİN Katibliyinin əvvəlki rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.