03 May 2024
Vilayət Eyvazov vətəndaşlarla kobud davranan rəisi İŞDƏN ÇIXARDI

Vilayət Eyvazov vətəndaşlarla kobud davranan rəisi İŞDƏN ÇIXARDI

23 Dekabr 2021
Baxış: 507

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov paytaxt rayonlarından birinin yol polisi rəisini vəzifəsindən azad edib.

AJMEDİA.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, V.Eyvazovun əmri ilə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Onun vətəndaşlarla mütəmadi olaraq kobud rəftar etməsi haqda DİN rəhbərliyinə çoxlu şikayət daxil olub. Daxili araşdırma nəticəsində nazirin əmri ilə M.Fətəliyev vəzifəsindən azad olunub.