04 May 2024
Vilayət Eyvazov məşhur DPY rəisini İŞDƏN ÇIXARDI

Vilayət Eyvazov məşhur DPY rəisini İŞDƏN ÇIXARDI

01 Avqust 2023
Baxış: 422

Bakının tanınmış DYP rəisi işdən çıxarılıb.


AJMEDİA.İNFO Lent.az-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.



Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.



Qeyd edək ki, C.Ələkbərov Bakının tanınmış DYP rəislərindən biridir. Onun adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.



Xatırladaq ki, sonuncu dəfə isə mediada onun rüşvət alması ilə bağlı səs yazıları yayılıb.



O zaman C.Ələkbərovla bağlı səs yazısını yayan şəxs həbs edilib.