05 May 2024
Vaksin vurdurmayanlar İŞDƏN ÇIXARILACAQ

Vaksin vurdurmayanlar İŞDƏN ÇIXARILACAQ

05 Noyabr 2021
Baxış: 672

Latviya parlamenti yekun oxunuşda COVID-19-un yayılmasına nəzarət haqqında qanuna düzəlişləri qəbul edib.

AJMEDİA.İNFO xəbər verir ki, dəyişikliklərin lehinə 52 deputat, əleyhinə 27 deputat səs verib, 2 deputat bitərəf qalıb.

Düzəlişlər işəgötürənə peyvənd və ya xəstəliyi təsdiq edən arayış olmadan işçiləri işdən çıxarmaq hüququ verir.

Həmçinin işəgötürənin işçidən COVID-19 sertifikatı tələb etmək hüququ var. İşçi 10 iş günündən gec olmayaraq peyvənd olunmağa borcludur. Noyabrın 15-dək işçi peyvənd prosesinə başlamazsa və ya başa vurmazsa, o zaman işəgötürənin onu işdən çıxarmaq hüququ olacaq.

Bundan əlavə, işəgötürən, özəl sektorda çalışan işçinin işdən çıxarılması halında onun maaşını saxlaya bilər. Dövlət sektorunda bu seçim təmin edilmir.

Qanun layihəsi Latviya prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.(Report.az)