03 May 2024
Uşaqlar üçün peyvəndin ilk partiyası İsrailə gətirildi

Uşaqlar üçün peyvəndin ilk partiyası İsrailə gətirildi

20 Noyabr 2021
Baxış: 573

20 noyabr səhər vaxtlarında uşaqlar üçün ilk "pfizer" peyvənd partiyası İsrailə gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, Leypsiqdən bir milyon doza peyvəndi göndərilib. Yüklər artıq İsrailin Ben Gurion hava limanına çatdırılıb.

Daha sonra peyvənd Modiinə göndəriləcək və oradan doza ölkə daxilində peyvənd mərkəzləri ilə paylanacaq.

Noyabrın 23-də 5-11 yaşlı uşaqların peyvəndinin başlanğıc kampaniyası keçiriləcək.