03 May 2024
Ukraynanın Donbas problemi: Rusiyadan geri almaq üçün hansı addımlar ATILMALIDIR? - Rüstəm Tağızadənin ŞƏRHİ

Ukraynanın Donbas problemi: Rusiyadan geri almaq üçün hansı addımlar ATILMALIDIR? - Rüstəm Tağızadənin ŞƏRHİ

06 Sentyabr 2021
Baxış: 843

İkinci Qarabağ müharibəsinin gedişatında Ukrayna hərbçiləri gedən döyüşləri yaxından izlədilər. Ukrayna Azərbaycan ordusunun uğurlarını təhlil edərək Donbasda bu döyüş taktikasını tətbiq etmək həvəsinə düşdü. Ukrayna hökuməti İkinci Qarabağ müharibəsindən dərhal sonra Türkiyə ilə hərbi mövzusunda danışıqlara başladı. Türkiyədən müəyyən sayda Bayraktar PUA-ları alındı. 2021-ci il aprel ayında Ukraynanın Donbas cəbhəsində kiçik toqquşmalar baş verdi.


Rusiya-Ukrayna böhranının təməl prinsipləri:

1. Rusiyaya bağlı olan Prezident Viktor Yanukoviç Ukraynanın Avropa Birliyinə inteqrasiyasının qarşısını almaqdan ötrü 2013-cü ildə Ukrayna-Avropa ortaqlıq anlaşmasını imzalamayacağını açıqladı. Müstəqillik Meydanında Qərb tərafdarı olan kütlə Yanukoviçin qərarına qarşı etiraz səsini ucaltdı. Baş verən proseslərin nəzarətdən çıxması nəticəsində Yanukoviç Rusiyaya qaçmaq məcburiyyətində qaldı. Hadisələr artıq Krım və Donbasın işğalı ilə yekunlaşdı. Ukraynanın şərqindəki şəhərlər öz Rusiya tərəfdarı olan seperatçılar öz dövlətlərini qurduqlarını elan etdilər. Bu dövlətlər artıq 7 ildir ki, qanunsuz olaraq fəaliyyət göstərirlər.


2. Donbas nə üçün Kiyevin idarəçiliyində deyil?


Ukraynanın etnik cəhətdən ruslar yaşadığı Donetsk və Luqansk (Donbas) regionlarında qondarma xalq səsverməsi ilə 11 may 2014-cü ildə Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası adında sözdə hökumət formalaşdırdılar. Kiyevin idarəçiliyindən çıxan Rusiya-Ukrayna sərhədindən Rusiyaya məxsus zirehli texnikalar Donbasa daxil oldu.


3. Qərbin mövqeyi:


Moskvanın Ukrayna sərhədinə hərbi texnika yığmasına qarşı Avropa Birliyi və ABŞ sərt təpki göstərdi. ABŞ Prezidnti Co Bayden Vladimir Zelenski ilə telefon görüşməsində Rusiyanın işğalçılıq siyasətinə qarşı hər zaman Ukraynanın yanında olduğunu qeyd etdi. Onu demək lazımdır ki, Ukraynaya Amerika və NATO tərəfindən dəstək gəlir. Ancaq hərbi cəhətdən müdaxiləni NATO öz üzərinə götürmür. Təbii ki, burada Rusiya amili öz sözünü deyir. 2021-ci il aprel ayında baş verən kiçik toqquşmalar zamanı Rusiya rəsmiləri müəyyən açıqlamalar verdilər. Onlar Ukraynanın Donbası geri qaytarmaq məqsədinin sadəcə bir xəyal olduğunu vurğuladılar. Donbas münaqişəsinin keçmiş “ Dağlıq Qarabağ “ münaqişəsi ilə eyni olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd etdilər.


Ümumi olaraq Donbas münaqişəsin təhlil etsək görərik ki, Ukraynanın şərq hissəsində etnik ruslar Rusiyaya birləmək onun hakimiyyətini qəbul etmək istəyirlər. Hələ 2000 və 2001-ci illərdə Donetskdə “Novaya Rossiya” adı altında gənclər müəyyən siyasi şüarlar irəli sürürdülər. Məhz bu cəhətdən Ukrayna dövləti çətin bir duruma düşür. Mövcud vəziyyətdən çıxış yolun tapmaq isə indiki məqamda çətin görsənir. Rusiya Ukrayna sərhədində xeyli sayda hərbi texnika saxlayır. Bundan əlavə Qara dənizdə Rusiyanın hərbi gəmiləri üzür.Düzdür Ukrayna aktiv şəkildə NATO-nun hərbi təlimlərində iştirak edir. Prezident Vladimir Zelenski Türkiyə, Avropa ilə münasibətlərin yüksək səviyyədə olmasını qoruyur. Ancaq saydığımız bu amillər Donbas münaqişəsinin həll olmasına yardımçı olmur.


Gələcək üçün onu demək olar ki, Donbas cəbhəsində tez-tez atəşkəs pozulacaq. Rusiya və Ukrayna tərəfindən bəyanatlar olacaq. Ancaq müharibə riski yaxın gələcək üçün görsənmir. Bundan əlavə NATO Ukraynanın Alyansa daxil olmasına tələsmir. Ukrayna hal-hazırkı dövr üçün ordusunun döyüş qabiliyyətini yüksəltməli və yeni hərbi texnikaları arsenalına daxil etməlidir. Rusiya isə öz siyasətini davam etdirir. Donbasda Rusiya rublu işləyir, bundan əlavə öz pasportlarını paylayır. Ukraynanın iqtisadiyyatı da güclənməlidir. Ukraynanın Donbası geri qaytarması üçün böyük geosiyasi dəyişiklər olmalı və Ukraynaya hərbi yardım edilməlidir.

Rüstəm Tağızadə,

politoloq

AJMEDİA.İNFO