04 May 2024
"Ukraynalılar müharibənin nə vaxt bitəcəyini yox, bu haqda düşünməlidirlər" - Zelenskidən İLGİNC AÇIQLAMA

"Ukraynalılar müharibənin nə vaxt bitəcəyini yox, bu haqda düşünməlidirlər" - Zelenskidən İLGİNC AÇIQLAMA

26 Aprel 2022
Baxış: 610

Qələbəni yaxınlaşdırmaq üçün ukraynalılar müharibənin nə vaxt bitəcəyi haqqında deyil, Ukraynanı işğalçılar üçün dözülməz hala gətirmək barədə düşünməlidirlər.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Aydındır ki, hər gün - xüsusən də müqavimətimizin üçüncü ayının başladığı bu gün Ukraynada hamı sülh məsələsi, bunların nə vaxt bitəcəyi, Ukraynanın nə vaxt və nəyin sayəsində qələbə qazana biləcəyini düşünür.

Bu sualın sadə cavabı yoxdur. Qələbə olanda hamı bunu hiss edəcək. Sülh gələndə də bunu hamı görəcək. Ancaq bunun baş verməsi - daha sürətli baş verməsi üçün nə vaxt və nə olacağını düşünməməliyik. Biz hər gün düşünməliyik ki, işğalçıların torpağımızda qalmasını necə daha dözülməz edək”, - deyə dövlət başçısı bildirib.