03 May 2024
Ukraynada koronavirusdan rekord sayda xəstə sağalıb

Ukraynada koronavirusdan rekord sayda xəstə sağalıb

13 May 2020
Baxış: 378

Ukraynada koronavirusdan ötən sutka ərzində rekord sayda insan sağalıb.

AJM xəbər verir ki, bu barədə brifinqdə ölkənin Səhiyyə Naziri Maksim Stepanov məlumat verib. Onun sözlərinə görə, son 24 saat ərzində 343 nəfər, bir gün əvvəl isə 85 nəfər xəstə sağalıb.

Mayın 12-də Ukraynada koronavirus COVID-19 xəstəliyi olan 12 nəfər həyatını itirib. Beləliklə, ölkədə koronavirus qurbanlarının ümumi sayı 439-a çatıb. Son bir gündə 402 nəfərin koronavirusa yoluxduğu bildirilir. Yoluxanların ümumi sayı 16 min 425 nəfər təşkil edir.

Teqlər: Ukrayna