03 May 2024
Ukrayna vilayətinin rəsmisi: “Azərbaycanlı gənclərə dəstək verməyə hazırıq”

Ukrayna vilayətinin rəsmisi: “Azərbaycanlı gənclərə dəstək verməyə hazırıq”

06 Sentyabr 2021
Baxış: 423

“Bizə çox maraqlıdır ki, Ukraynada yaşayan azərbaycanlı gənclər yerli və digər millətlərdən olan həmyaşıdları ilə birgə yeni hərəkat yaradır”.

AJMEDİA.İNFO-un məlumatına görə, bunu Dneprpetrovsk vilayəti qubernatorunun I müavini Volodimir Orlov Azərbaycan-Ukrayna Gənclər Hərəkatının rəhbəri, azərbaycanlı Əkbər Hüseynzadə ilə görüşündə bildirib.

V.Orlov qeyd edib ki, vilayət rəhbərliyi bu yolda onlara əllərindən gələn dəstəyi verməyə hazırdır. O, müxtəlif millətlərdən ibarət gənclərin toplaşdığı hərəkatla birgə tədbirlər keçirməyi də təklif edib. Öz növbəsində Ə.Hüseynzadə isə yeni yaranan hərəkat, keçirdikləri və nəzərdə tutduqları layihələr barədə məlumat verib.