05 May 2024
Ukrayna Saakaşviliyə görə Gürcüstana NOTA VERDİ

Ukrayna Saakaşviliyə görə Gürcüstana NOTA VERDİ

09 Noyabr 2021
Baxış: 717

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) Mixail Saakaşvilinin Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülməsi ilə bağlı Gürcüstann xarici siyasət idarəsinə rəsmi nota göndərib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Sənəddə bildirilib ki, Ukrayna tərəfi bu barədə məlumatlandırılmayıb.

Ukrayna tərəfi Gürcüstan hakimiyyətini M.Saakaşvilini mülki xəstəxanaya yerləşdirməyə çağırıb.

“Ukrayna vətəndaşı Mixail Saakaşvilinin penitensiar tibbi müəssisədə qalması əlavə risklər və gərginlik yaradır. Humanitar düşüncəni rəhbər tutaraq bunlara yol verməmək olar. XİN və Ukraynanın Gürcüstandakı səfirliyi Mixail Saakaşvilinin ətrafındakı vəziyyəti xüsusi nəzarətdə saxlamaqda davam edir”, – XİN-nin bəyanatında deyilir.