05 May 2024
Üçtərəfli GÖRÜŞ: Əsas Moskvanın sözüdür, Paşinyan kimdir ki?! – MÜHÜM AÇIQLAMA

Üçtərəfli GÖRÜŞ: Əsas Moskvanın sözüdür, Paşinyan kimdir ki?! – MÜHÜM AÇIQLAMA

08 Noyabr 2021
Baxış: 625

Ötən aydan Moskvada Azərbaycan, Rusiya və Ermənistan tərəfinin iştrakı ilə 3 tərəfli görüşün keçiriləcəyi haqqında məlumatlar dolaşırdı. Noyabrın 7-də Kremlin sözçüsü Dmitri Peskov görüşün keçiriləcəyini təsdiqləsə də, Baş nazir Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına açıqlamasında noyabrın 9-da üçtərəfli görüş barədə razılaşmanın olmadığını dilə gətirib. Bununla bərabər, Paşinyan belə bir görüşün keçirilməsinə etiraz etmədiyini də vurğulayıb.

“Ermənistan tərəfinin nazı çox çəkməyəcək”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Yenisabah.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin sədri Qabil Hüseynli bildirib.

“Üçtərəfli görüşün növbəti həftə keçiriləcəyini gözləyirəm. Ermənistan tərəfinin naz etməsi, problemlərə qeyri-konstruktiv yanaşması uzun müddət davam edə bilməz.

Rusiya proseslərin bitməsində maraqlıdır. Xüsusilə, kommunikasiyaların və Zəngəzur dəhlizinin açılması Rusiyanın strategiyasına xidmət edir.

Gələn həftə görüşün keçiriləcəyi ilə bağlı məlumatı Kreml yayıb, Ermənistan isə onu təkzib edib. Paşinyanın təkzibini həlledici saymıram. Əsas məsələ Moskvanın görüşü elan etməsidir. Moskvanın elan etdiyi vaxtı əsas götürmək lazımdır”, – deyə Qabil Hüseynli qeyd edib.