04 May 2024
Türkmənistan sosial şəbəkələrsiz yaşayır – özünü dünyadan təcrid edən ölkə

Türkmənistan sosial şəbəkələrsiz yaşayır – özünü dünyadan təcrid edən ölkə

08 Avqust 2023
Baxış: 508

Türkmənistanda mövcud olan sonuncu IMO mesajlaşma proqramı artıq açılmır. Bu, ölkənin dünyada ən yavaş sürətli internet rabitəsinə malik olması üzündəndir.

Bütün digər ani messencerlər və sosial media platformaları bloklanıb.

Yerli əhalinin fikrincə, son həftələrdə "tısbağa sürəti" daha da yavaşlayıb, bu da veb saytların açılmasını qeyri-mümkün edib və effektiv şəkildə "IMO-nu yoxa çıxarıb".

“IMO artıq işləmir, qalan hər şey çoxdan bloklanıb, hətta (xarici) telekanallar da İnternetdən yoxa çıxır. Artıq bir həftəyə yaxındır ki, “Euronews”a baxa bilmirik”, – adının açıqlanmasını istəməyən Aşqabad sakini deyib.

Türkmənlər bloklanmış sosial şəbəkələrə virtual özəl şəbəkələr (VPN) vasitəsilə daxil olmaqda davam edirdilər, hər dəfə hökumətin təqibinə məruz qalmaq riskinə girirdilər, lakin super yavaş internet istənilən saytın açılmasını, demək olar ki, qeyri-mümkün edir.

Medianın yazdığına görə, Türkmənistanda “WhatsApp”, “Viber” və digər proqramlar, həmçinin “Facebook”, “Twitter”, “YouTube” kimi sosial şəbəkələr çoxdan mövcud deyil. Türkmənistana həsr olunmuş əksər müstəqil onlayn nəşrlər və xarici media ölkə daxilində VPN olmadan açılmır.Musavat.com