04 May 2024
Türkiyədə təyyarə və qatar biletlərinin satışına başlanıb

Türkiyədə təyyarə və qatar biletlərinin satışına başlanıb

25 May 2020
Baxış: 497

Türkiyədə COVID-19 pandemiyası ilə əlaqədar dayandırılan dəmir yolu, sürətli qatar və təyyarə reysləri bərpa edilir.

AJM xəbər verir ki, bu gündən etibarən ölkədə dəmir yolu və sürətli qatar biletlərinin satışına başlanıb. Türkiyədə dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur.

Biletlər ilkin mərhələdə yalnız onlayn sistemlə satılacaq.

Səfərlər qabaqlayıcı tədbirlər çərçivəsində baş tutacaq

Teqlər: Türkiyə