04 May 2024
“Türkiyədə terror aktı təhlükəsi qalmaqdadır”: Prezidentlər Hersoq və Ərdoğan vəziyyəti müzakirə ediblər

“Türkiyədə terror aktı təhlükəsi qalmaqdadır”: Prezidentlər Hersoq və Ərdoğan vəziyyəti müzakirə ediblər

20 İyun 2022
Baxış: 423

Kəşfiyyat orqanları israilliləri öldürmək əmri alan terrorçuların axtarışını davam etdirir

AJMEDİA.İNFO xəbər verir ki, İsrail prezidenti Yitzhak Hersoq bazar günü, iyunun 19-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirib və İranın terror hücumları təhlükəsi və İstanbulda israillilərə qarşı mümkün hücumları fonunda vəziyyəti müzakirə edib. İsrail prezidentinin sözlərinə görə, təhlükə hələ də mövcuddur və hər iki ölkə terrora qarşı birgə mübarizəni davam etdirməlidir.

Hersoq Türkiyə torpaqlarında terror aktlarının qarşısının alınmasında göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib və onun hökumətlər və xalqlar arasında əməkdaşlığın və etimadın gücləndirilməsinə verdiyi töhfəni vurğulayıb.

Qeyd edək ki, İsrail hakimiyyəti də İran agentlərinin Türkiyə torpaqlarında İsrail vətəndaşlarına hücum edə biləcəyini istisna etmir. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, təxribat qrupları hələ də Türkiyədə fəaliyyət göstərə bilər.