04 May 2024
Türkiyədə kafe və restoranların iş saatına tətbiq edilən məhdudiyyətlər ləğv edilib

Türkiyədə kafe və restoranların iş saatına tətbiq edilən məhdudiyyətlər ləğv edilib

21 İyul 2020
Baxış: 561

Türkiyədə fəaliyyət göstərən kafe, restoran, çayxana və adamların toplaşdığı ictimai-iaşə müəssisələrinin iş saatına koronavirusa görə tətbiq edilən məhdudiyyətlər ləğv edilib.

AJM-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyində (DİN) müvafiq sərəncam imzalanıb və sərəncam 81 vilayətə göndərilib.

Qərar bu gündən qüvvəyə minib.