03 May 2024
Türkiyədə aparıcı bu xəbərə əsəbiləşib, fincan atdı, studiyanı tərk etdi - ANBAAN VİDEO

Türkiyədə aparıcı bu xəbərə əsəbiləşib, fincan atdı, studiyanı tərk etdi - ANBAAN VİDEO

22 May 2022
Baxış: 560

"FOX TV"nin əsas xəbər aparıcısı Selçuk Tepeli canlı yayım zamanı etdiyi hərəkəti ilə gündəmə gəlib.

AJMEDİA.İNFO Türkiyə KİV-ə istinadən xəbər verir ki, aparıcı kənd təsərrüfatı torpaqları ilə bağlı ekrana gələn xəbərə əsəbiləşərək, redaktoruna “keç qardaş, keç" deyib.

Daha sonra o, sinirlərinə hakim olmayaraq masanın üzərindəki su stəkanını kameraya doğru atıb.

Ekrana tökülən su damcılarının ardından aparıcı studiyanı tərk edib. Hadisədən sonra xəbər yayımdan qaldırılıb. Selçuk Tepeli baş vermiş olayla bağlı açıqlama verməyib.