05 May 2024
Türkiyə XİN BMT sülhməramlılarının Kiprdəki bufer zonada hərəkətlərini pisləyib

Türkiyə XİN BMT sülhməramlılarının Kiprdəki bufer zonada hərəkətlərini pisləyib

20 Avqust 2023
Baxış: 469

Türkiyə Xarici İşlər Nazirliyi Kiprdə bufer zonada olan BMT sülhməramlı qüvvələrinin bölgədə yol işləri görən Kipr türklərinə qarşı hərəkətlərini pisləyib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

Bildirilib ki, Türkiyə Kipr üçün qarant ölkə kimi BMT-ni adanın yunan və türk icmalarına bərabər münasibət göstərməyə, Şimali Kiprin suverenliyinə hörmət etməyə çağırır.

“Qarant ölkə olaraq biz BMT-nin sülhməramlı qüvvələrini adada iki tərəfə münasibətdə 60 ilə yaxındır Kiprdə həyata keçirdikləri missiyasına kölgə sala biləcək hərəkətlərdən və ritorikadan çəkinməyə, Şimali Kipr Türk Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırıq”, - bəyanatda deyilir.

Türkiyə Xarici İşlər Nazirliyi vurğulayıb ki, yaranmış vəziyyət BMT-nin bölünmüş adanın icmalarına və Kiprdə məskunlaşmaya bərabər yanaşmanın təmin edilməsi üzrə əsas öhdəliklərini hələ də yerinə yetirmədiyini göstərir.