03 May 2024
Türkiyə millisinin futbolçusuna ŞOK! - Matç zamanı evi qarət edildi + FOTO

Türkiyə millisinin futbolçusuna ŞOK! - Matç zamanı evi qarət edildi + FOTO

15 Dekabr 2023
Baxış: 337

Türkiyə millisinin və Fransa "Lill"inin futbolçusu Yusuf Yazıcının evi qarət edilib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Hadisə ötən gecə UEFA Avropa Konfrans Liqasında keçirilən "Lill" - "Klaksvik" matçı zamanı baş verib.

Yazıcı oyundan sonra evinin matç zamanı qarət edildiyini öyrənib.

Türkiyə millisinin üzvünün dəbdəbəli saatlarının, paltarlarının və dəri əşyalarının oğurlandığı bildirilib.

AJMEDİA.İNFO xəbər verir ki, qarşılaşmaya ilk 11-də başlayan Yazıcı 29-cu dəqiqədə penaltidən vurduğu qolla komandasını 1-0 önə keçirib.

26 yaşlı yarımmüdafiəçi 67-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Yusuf Yazıcı 31 dekabr 2019-cu ildə də anoloji hal yaşayıb və onun evinə girən oğrular Yusufun avtomobilini və qiymətli əşyalarını oğurlayıblar.

Onu da bildirək ki, bu mövsüm "Lill"də bütün turnirlərdə 21 matça çıxan Yazıcı 7 qol və 1 məhsuldar ötürmə ilə komandasının bombardiridir.