03 May 2024
Türkiyə Cövhər Dudayev parkı açdı - Qarabağda etdiklərini “unudan” Moskva qəzəbləndi...

Türkiyə Cövhər Dudayev parkı açdı - Qarabağda etdiklərini “unudan” Moskva qəzəbləndi...

16 Dekabr 2021
Baxış: 728

Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətinin Körfez qəsəbəsində 1990-cı illərin əvvəlində başlanan Çeçen azadlıq hərəkatının lideri Cövhər Dudayev adını daşıyan park açılıb.

AJMEDİA.İNFO Moderator.az-a istinadən xəbər verir ki, bu haqda yerli “Sabah” qəzeti məlumat yayıb.

Mehtər marşı sədaları altında təntənəli açılış tədbirinə bələdiyyə başqanı, bələdiiyyə və hökumət üzvləri ilə yanaşı, Kocaeli hərbi qarnozunun komandiri də qatılıb. Natiqlər Dudayevi “azadlıq uğrunda mübarizə”nin simvolu adlandırıb…

Türkiyədə Çeçenistan azadlıq lideri adına park açılması rəsmi Moskvanı qəzəbləndirib. Dünən –dekabrın 15-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyəni “Çeçenistandakı separatçı hərəkatın lideri”nə abidə qurulması, yerli hakimiyyətin Dudayevi “azadlıq uğrunda mübarizənin simvolu” adlandırmasına görə “qınayıb”. Rusiya rəsmisi “terrorçuların abidələri ilə bağlı Rusiyanın prinsipial mövqe tutduğunu vurğulayıb”.

Zəruri şərh:

Əvvəla, Cövhər Dudayev terrorçu və separatçı yox, Rusiya işğalına qarşı mübarizənin lideri olub.

İkincisi, Rusiya hakimiyyəti, əsrlər boyu, o cümlədən 1990-cı illərdə çeçen xalqına qarşı törətdiyi soyqırımları unutmasın.

Üçüncüsü, hələ XVIII əsrdən bəri Azərbaycan və Türkiyə torpaqlarının işğalını və xalqlarımıza qarşı soyqırımları demirik, azı son 30 ildə, xüsusən də Xocalı soyqırımında işğalçı Ermənistana verdiyi dəstəyi unutmasın.

Dördüncüsü də, hələ ermənilərin Rusiyanın Armavir şəhərində erməni faşist terrorçu Qaregin Njdeyə qoyduğu abidə tam sökülməyib. Və bir ilə yaxındır ki, xəbərdarlıqlarımıza rəğmən eyni erməni terrorçuya Azərbaycan Respublikasının Rusiya “süjhməramlı” kontingentinin nəzarətində olan Xocavənd rayon mərkəzində qoyulmuş abidə də demontaj edilməyib…

Beşincisi, Rusiyanın “terrorçu”lara “prinsipial mövqeyi” oktyabrın 13-də Şuşada Azərbaycan postuna qumbara atmış terrorçu Norayr Mirzoyana münasibətindən, yəni “sülhməramlı”ların onu həbs edib birbaşa Azərbaycan tərəfinə yox, Xankəndindəki separatçılara təhvil verməsindən, separatçı liderlərə yanaşması isə “sülhməramlı”ların ilk komandanı general Rüstəm Muradovun separatçı-terrorçu lider Arayik Arutyunyanla qucaqlaşıb öpüşməsindən bəlli oldu…